Topaz Premyer Liqasının 20-ci turunda “Xəzər Lənkəran” və “Neftçi” arasında “Böyük oyun” baş tutacaq. Çempionatın derbisinin televiziya vasitəsi ilə yayımlanması azarkeşlərə maraqlıdı. “İdman Azərbaycan” kanalı bu oyunu proqrama salsa da, cənub klubu matçın yayımlanmasını istəmir. Səbəbini isə Hüseyn Cəbrayıloğlu Futbolinfo.az-a açıqlamasında belə izah etdi:
“Oyun “Xəzər Lənkəran Tv” vasitəsilə canlı yayımlanacaq. Kim istəsə, oradan izləyə bilər. “İdman Azərbaycan” vasitəsi ilə canlı yayımlanmasının biz istəmirik. Bunun səbəbini öncə də bildirmişdik. Əgər hansısa telekanal oyunu yayımlamaq istəyirsə, bizə pul ödəməlidi. Əgər kimsə ödəmək istəsə, o zaman oyunlar canlı yayımlanacaq”.





