"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini haqda maraqlı fakt üzə çıxıb. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis ötən mövsümün sonunda “Mançester Siti"dən ayrılarkən komandadan külli miqdarda təzminat alıb.
Mançini 2012-ci ildə komandası ilə 5 illik müqavilə imzaladığı üçün rəhbərlik onu göndərməkdən ötrü müqaviləni birtərəfli ləğv etmək məcburiyyətində qalıb. Bu isə müqavilədə göstərildiyi kimi Robertonun təzminat alması ilə nəticələnib. Çalışdırıcı anlaşmanın pozulmasına görə 10 milyon funt-sterlinq qazanıb.
Qeyd edək ki, bu təzminat məbləği indiyə kimi İngiltərədə heç bir məşqçiyə verilməyib.





