Madrid “Atletiko”sunun azarkeşlərinə şad xəbər var. Futbolinfo.az xəbər verir ki, komandanın aparıcı üzvü Arda Turan zədəsini sağaldıb.
Son iki matçda komandasına kömək edə bilməyən futbolçunun vəziyyəti yaxşılaşıb. 27 yaşlı yarımmüdafiəçi komandanın bu gün baş tutan məşqində də iştirak edib. Həkimlər onun zədəsinin tamamilə sağaldığını açıqlayıb.
Qeyd edək ki, baş məşqçi Dieqo Simeone şans verəcəyi təqdirdə Arda sabah Kral Kubokunun yarımfinal mərhələsində "Real"la (Madrid) matçda meydana çıxacaq.





