Topaz Premyer Liqasının 20-ci turunda hər kəsin maraqla gözlədiyi "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşması baş tutacaq. Futbolinfo.az xəbər verir ki, komandalar artıq 28-ci dəfə üz-üzə gələcək.

Belə ki, komandalar bugünədək 27 dəfə qarşılaşıb. "Böyük oyun"da maraqlı statistika diqqəti cəlb edir. Cari mövsümün 12-ci turunda keçirilən "Neftçi" – "Xəzər Lənkəran" (4:1) matçını da nəzərə alsaq, 18-ci qarşılaşmadı ki, qonaq tərəfi qələbə qazana bilmir. Bu komandaların matçlarında indiyədək cəmi 3 dəfə qonaqlar qalib gəlib. Cənubluların yeganə səfər qələbəsi isə 5 il əvvələ təsadüf edib. 2008-ci ildə mayın 11-də Bakıda baş tutan matçda "ağ-yaşıllar" minimal hesablı qələbəyə sevinmişdi.

Cütlüyün oyununda ən böyük hesab 2011-ci ilə təsadü edir. Noyabrın 6-da baş tutan qarşılaşmada Bakı klubu doğma meydanda Lənkəran təmsilçinin qapısından 5 cavabsız top keçirmişdi.

Ümumilikdə keçirilən 28 qarşılaşmanın 9-da "Neftçi" qələbə qazanıbdısa, 7 dəfə Cənub klubu qələbəyə sevinib. Qalan 11 oyunda isə komandalar meydanı sülhlə tərk edib.

Shares: