AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının 19-cu turunda baş verənlərə hüquqi qiymət verib. Futbolinfo.az xəbər verir ki, komitə ümumilkdə "Neftçi"ni 1100 manat cərimələyib.

“Simurq”la qarşılaşmanın 61-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə edilib. Cərimənin qalan hissə isə əvəzedici komandanın payına düşür.

Əvəzedici heyətlərinin 19-cu turunun “Neftçi” – “Simurq” oyunun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Ruslan Sorokin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Shares: