Topaz Premyer Liqasının 19-cu turunda baş verənlərlə bağlı AFFA-nın İntizam Komitəsi öz qərarlarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, “İnter” – AZAL matçında AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibi klub 1000 manat cərimə olununb.
Əvəzedici heyətlərin “İnter” – AZAL matçında "bankilər"in 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 500 manat cərimə edilib. Bundan başqa İK "Bakı"nı da cəzasız qoymayıb. Əvəzedici heyətlərin “Bakı” – “Rəvan” oyunun 62-ci dəqiqəsində “Bakı” klubunun 2 №-li futbolçusu Təyyar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və komandasını 100 manat ziyana salıb.





