“Biletlərin qiymətində heç bir artım olmayacaq. Əvvəlki oyunlarda necə olubsa, “Böyük oyun”da da iki manat olacaq”. Bu sözləri Futbolinfo.az-a açıqlamasında “Xəzər Lənkəran” stadionunun direktoru Höccət Hacıyev deyib. O, meydanın “Neftçi” ilə oyuna qədər hazır olub-olmayacağına da aydınlıq gətirib:

“Yarımçıq meydançanı artıq təmizləmişik. Amma Lənkəranda qar yağmaqda davam edir. Əsas meydançanın da təmizlənməsinə başlayacağıq. Bizim tərəfdən stadionun hazır olmasında problem olmayacaq. Amma qar yağmaqda davam edərsə, o zaman problem üzə çıxa bilər. Təbiətin işini bilmək olmaz”.

Hacıyev iki meydançanın hazırlanması üçün yaxın günlərdə işlərə başlayacaaqlarını da bildirib: “Biz iki süni meydança hazırlayacağıq. Yaxın günlərdə həmin süni meydançaların hazırlanması üçün də işlərə start verəcəyik”.

Shares: