"Barselona"nın gənc ulduzu son günlərdə gündəmi zəbt edən qanunsuz transfer və məhkəmə söhbətləri ilə bağlı sərt açıqlama verib. Futbolinfo.az xəbər verir ki, sosial şəbəkələrin birində “sambaçı” atasına qarşı ittihamların əsassız olduğunu deyib:

"Könlümdəki komanda "Santos"da və xəyal etdiyim "Barselona"da oynamağıma kömək olduğu üçün atama təşəkkür edirəm. Bir çox insan yalan iddialarla bizi günahlandırır. Ətrafımda nə qədər saxta insan varmış. İnsanlar qısa müddət ərzindən atamın yalan danışmadığını və heç bir səhv etmədiyini anlayacaq".

Qeyd edək ki,"Santos"un prezidenti Odilio Rodriqes ötən günlərdə atasının Neymar trasnferində 40 milyon avro mənimsədiyini iddia etmişdi.

Shares: