"Barselona"nın istedadlı müdafiəçisi Xerard Pike əzəli rəqibləri "Real" haqda danışıb. Futbolinfo.az xəbər verir ki, stopper artıq Madrid klubunun dövrünün sona yetdiyini bildirib:
"9 Avropa kuboku ilə bərabər çox sayda nailiyyətlər əldə ediblər. Bu da onları 20-ci əsrin ən yaxşı komandası edib. Amma son 10-15 ilə baxdıqda "Barselona" "Real"dan daha uğurlu çıxış ilə yadda qalıb. Bu rəqabət sonsuza qədər davam edəcək".





