"Real"ın baş məşqçisi Karlo Ançelotti yeni rekordu ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis karyerası ərzində ilk dəfə bir klubun başında ardıcıl 21 oyun meydanı məğlub olmadan tərk edib.
La Liqanın son turunda səfərdə "Atletik"lə 1:1 bərabərə qalan italiyalı mütəxəssisin komandası məğlubiyyətsizlik seriyasını 21-ə yüksəldib. Sonuncu dəfə ötən il oktyabrın 30-da uduzan "Real" klubu həmin gündən etibarən məğlubiyyət acısı yaşamayıb.
Qeyd edək ki, Karlo "Milan"ı çalışdırdığı dönəmdə 18 oyunluq məğlubiyyətsizlik seriyası ilə yadda qalmışdı.





