Danimarkada daha bir futbolçu meydanda dünyasını dəyişib. Futbolinfo.az xəbər verir ki, gələcəyin futbol ulduzlarından biri hesab olunan Patrik Möller məşq zamanı vəfat edib.
"Jestmerk" klubunun 14 yaşlı üzvü qaçarkən birdən yerə yıxılıb. Həkimlər onun həyatını xilas etmək üçün səy göstərsə də, bu heç bir nəticə verməyib. Möllerin ölümünə səbəb kimi ürəyinin fəaliyyətini dayandırması göstərilir.





