“Transfermarkt” portalı 2013/14 mövsümündə qış transfer dövrünün ən bahalı 10 keçidinin siyahısını hazırlayıb. Futbolinfo.az xəbər verir ki, yanvarda baş tutan keçidlər içində “Çelsi”ni “Mançester Yunayted”ə dəyişən Xuan Mata birinci olub.
Qeyd edək ki, icarə əsaslı transferlər bura şamil olunmayıb.
“Onluğ”un tam siyahısı belədi):
1. Xuan Mata – ("Çelsi"dən "Mançester Yunayted"ə) – 61 milyon dollar
2. Nemanya Matiç ("Benfika"dan "Çelsi"yə) – 35
3. Yohan Kabaye ("Nyukasl"dan PSJ-yə) – 32
4. Kevin de Bruyne ("Çelsi"dən "Volfsburq"a) – 28
5. Ernanes ("Latsio"dan "İnter"ə) – 27
6. Məhəmməd Salah ("Bazel"dən "Çelsi"yə) – 25
7. Kurt Zuma ("Sent Etyenn"dən "Çelsi"yə) – 20
8. Kostas Mitroqlou ("Olimpiakos"dan "Fulhem"ə) – 18
9. Lasina Traore ("Anji"dən "Monako"ya) – 13.65
10. Şane Lonq (Vest Bromviç"dən "Hall Siti"yə) – 11.51





