“Real Sosyedad”da çıxış edən meksikalı futbolçusu Karlos Vela bu il Braziliyada keçiriləcək dünya çempionatında iştirak etməkdən imtina edib. Futbolinfo.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyası rəsmi açıqlama yayıb.
24 yaşlı hücumçu millinin baş məşqçisi və federasiya rəsmiləri ilə görüşdə öz istəyilə mundialda iştirak etmək istəmədiyini bildirib. Vela buna səbəb kimi psixoloji cəhətdən tam hazır olmadığını göstərib.
Qeyd edək ki, Karlos Meksika millisinin heyətində 35 oyun keçirib.





