Topaz Premyer Liqasının 19-cu turu “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın qapısına vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandıran arxa xətt oyunçusu “ağ-yaşıllar”ın heyətində 10-cu dəfə fərqlənib.
 
Yubiley qolu müdafiəçini klub tarixinin ən yaxşı 17 bombardiri sırasına daxil olmasına imkan verib. Belə ki, Skarlatakeyədək klub tarixində 16 futbolçu 10 və daha çox qol vurmuşdu.
 
Rumıniyalı 10 qoldan yarısını ötən mövsüm çempionatda vurub. Cari mövsüm Premyer Liqada 2-ci dəfə fərqlənən müdafiəçi 2011/12 mövsümündə çempionat və kubok, 2012/13 mövsümündə isə Avropa Liqasında 1 dəfə fərqlənmişdi.
 
“Xəzər Lənkəran”da 10 və daha çox qol vuranlar
 
1. Zaur Ramazanov
 44
2. Samir Əliyev
34
3. Rahid Əmirquliyev
27
4. Mario Souza
26
5. İvan Tsvetkov
24
6. Rəşad Abdullayev
18
7. Vüqar Nadirov
18
8. Oqtay Dərəlioğlu
18
9. Allan Lalin
14
10. Branimir Subaşiç
14
11. Edmond N'Tiamoa
13
12. Alim Qurbanov
12
13. Emin Quliyev
12
14. Uinston Parks
12
15. Junior Osvaldo
11
16. Emeka Opara
11
17. Adrian Skarlatake
10
Shares: