"Sumqayıt" Futbol Klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Şahdağ"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Şahrudin Məhəmmədəliyevi heyətinə qatıb.
1994-cü il təvəllüdlü qolkiper "Sumqayıt" FK ilə 2,5 illik müqavilə imzalayıb.





