"Rəvan"la oyundan sonra bir günlük istirahətə çəkilən "Bakı" "Simurq"la oyunun hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu gündə bir dəfə olmaqla məşq keçir.
Milinko Pantiçin komandasında zədəli və cəzalı futbolçular var. Belə ki, Şəhriyar Əliyev və Mario Rubio zədəli olduğu, Ruben Qonzales isə sarı vərəqə limitini doldurduğu üçün Zaqatalada top qova bilməyəcəklər. Lakin Marionun zədəsinin oyun gününə qədər sağalma ehtimalı da var.
Qeyd edək ki, "Bakı" cümə günü Zaqatalaya səfər edəcək və rəqib meydanında bir məşq keçəcək.





