Dortmund "Borussiya"sının forvardı Robert Levandovski haqqındakı istintaq bağlanıb. Futbolinfo.az xəbər verir ki, söhbət bir neçə gün öncə baş vermiş insidentdən gedir.
 
Belə ki, Almaniyada 17 yaşlı bir gənc polisə şikayət edərək Levanın onu döydüyünü bildirmişdi. Polyak futbolçu isə belə hərəkət etmədiyini, əksində gəncə nəsihət verdiyini bildirmişdi.
 
Dortmund polisi açıqlamasında azarkeşin şikayətini geri götürdüyünü və futbolçundan üzr istədiyini bildirib. Bununla da Levandovski barədə aparılan araşdırma dayandırılıb.
Shares: