Türkiyənin “Rizəspor” klubunun prezidenti Metin Kalkavan komandasının sabiq baş məşqçisi, hazırda “Xəzər Lənkəran”ı çalışdıran Mustafa Dənizlinin klubdan böyük miqdarda transfer məbləği istədiyini dilə gətirib. Futbolinfo.az xəbər verir ki, Kalkavan bunları söyləyib:
 
“Biz “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi komandalarla rəqabət apara bilmirik. Onların büdcəsi 300 000 000 lirəyə (120 000 000 manat) bərabərdi. Bizim büdcəmiz isə 40 milyondu. Mustafa Dənizli ilə vidalaşmağımızın da səbəbi məhz elə bu transfer anlaşmasında razılığa gəlməməyimizdi. Dənizli bizdən 125 000 000 istəyirdi. Bu, mümkünsüz idi. Ona belə bir büdcə ayırsaydıq, müflis olardıq. Hətta çempion olsaydıq belə. Bəs çempionluğa təminat varmı? Yox! Hər kəs həddini bilməli və ayağını yorğanına görə uzatmalıdı”.
Shares: