İngiltərənin “Suonsi” klubu son vaxtlar uğursuz çıxış etdiyindən rəhbərlik radikal addım atıb. Futbolinfo.az xəbər verir ki, ada komndası baş məşqçisi Mihael Laudrupu istefaya göndərib.
 
Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Hazırda "Suonsi" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, danimarkalı mütəxəssis 2012-ci ildən “Suonsi”ni çalışdırırdı. O, ötən mövsüm komandaya Liqa Kubokunu qazandırmaqla tarixindəki ən böyük uğurunu yaşatmışdı.
Shares: