Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubku çərçivəsində "Real"la keçirəcəkləri derbi öncəsi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, rəqibi dünyanın ən böyük klublarından saydığını vurğulayıb:
 
“Biz də yaxşı komandayıq. La Liqada 6-cu turda onları məğlub etmişdik. O zaman isə "Real" yeni baş məşqçisi ilə az matç oynamışdı. İndi daha güclüdürlər. Üstəlik qapını tarix yazmış İker Kasilyas qoruyacaq". "Real" kimi bir klubla görüş keçirməyi hamı istəyər. Çünki ən yaxşı komandalara qarşı nə qədər çox mübarizə aparsan, o qədər böyüyərsən".
 
“Real”ın baş məşqçisi Karlo Ançelotti isə oyundan öncə aşağıdakı fikirləri səsləndirib: “Bu qarşılaşmaya daha fərqli taktika ilə çıxacağıq. Alvaro Arbeloa və Fabio Koentrao da meydanda olacaq. İntizam Komitəsinin qərarını gözləməyə ehtiyac yoxdu. Ronaldo Madrid derbisində oynayacaq".
Shares: