"Çelsi" rəhbərliyi komandanın kapitanı Con Terrinin sözləşməsini yeniləmək barədə qərar qəbul edib. Futbolinfo.az xəbər verir ki, stopper özü də London klubundan ayrılmaq istəmədiyindən bu təklifə yerindəcə müsbət cavab verib.
Rəhbərlik hələ ki, onun müqavilə müddətini 1 illik uzatmaq istəyir. Bu sazişə əsasən, kapitan həftədə 150 min funt sterlinq qazanacaq.
Xatırladaq ki, futbolçunun “zadəganlar”la müqaviləsi mövsümün sonunda başa çatır.





