Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq “Xəzər Lənkəran” və “Neftçi” arasındakı “Böyük oyun”da maraqlı məqamlardan biri də həbs olunan azarkeşlər haqqında yerli fanatların səsləndirdiyi şüarlar və açdıqları pankartlar olacaq. Bu məsələ ilə əlaqədar “Caspian Ultras” fan-klubunun rəhbəri Ramal Novruzov futbolinfo.az saytına açıqlama verib:
 
“Təbii ki, həbs olunan azarkeşləri unutmayacağıq. Bu, vacib məsələdi. Onları unutmaq olmaz. Unutsaq, oyunun, azarkeşliyin bir mənası olmaz".
Shares: