İspaniyanın "Atletiko" (Madrid) klubu mövsümün sonunda komandadan ayrılma ehtimalı olan qapıçı Tibo Kurtuaya alıternativ axtarışlarına başlayıb. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi “Napoli”də əlcək geyən, lakin müqavilə ilə "Liverpul"a məxsus olan Pepe Reynana hədəf alıb.
 
İspan qolkiperin Neapol təmsilçisi ilə icarə sözləşməsi yayda başa çatacaq. Əgər müqavilə ilə "Çelsi"yə məxsus olan Kurtua "Atletiko"dan gedərsə, Madrid təımsilçisi Reynanı heyətə qatmağa çalışacaq.
 
Qeyd edək ki, Kurtuanın mövsümün sonunda “Çelsi”yə qayıdacağı və ya "Real"a (Madrid) keçəcəyi iddia olunur.
Shares: