“Beşiktaş”ın təcrübəli hücumçusu Uqo Almeyda zədələnib. Klubun saytı bu haqda məlumat yayıb. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu komandanın son məşqində xəsarət alıb.
 
İsinmə hərəkətləri edən zaman portuqal qolçunun qasığında ağrılar əmələ gəlib və o, meydançanı tərk edib. Onun Türkiyə Super Liqasında “Qaziantepspor”la matçı buraxacağı gözlənilir.
 
Qeyd edək ki, 2011-ci ildən İstanbul klubunda çıxış edən Almeyda cari mövsüm Super Liqada komandanın heyətinə ən çox qol vuran (11) futbolçudu.
Shares: