Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha 3 qarşılaşma baş tutub.
 
A qrupunda bir oyun keçirilib. Öz meydanında "Əskişəhərspor"u qəbul edən "Akhisar BS" sülhə razılaşıb.
 
B qrupunda "Qalatasaray" "Tokatspor"a 3 cavabsız qolla qalib gəlib. "Antalyaspor" isə öz meydanında "Elazığspor"u məğlub edib.
 
Qeyd edək ki, A qrupunun digər oyunu – "Sivasspor" – "Bursaspor" görüşü bu gecə keçiriləcək.
 
Türkiyə Kuboku
Qrup mərhələsi
5 fevral
 
A qrupu
Akhisar BS – Əskişəhərspor – 1:1
 
1 Akhisar BS 5 2 2 1 5 3 +2 8
2 Bursaspor 4 2 1 1 6 3 +3 7
3 Əskişəhərspor 5 2 1 2 5 7 –2 7
4 Sivasspor 4 1 0 3 3 6 –3 3
B qrupu
Tokatspor – Qalatasaray – 0:3
Antalyaspor – Elazığspor – 2:1
 
1 Antalyaspor 5 3 2 0 12 4 +8 11
2 Qalatasaray 5 3 1 1 9 2 +7 10
3 Elazığspor 5 1 2 2 5 8 –3 5
4 Tokatspor 5 0 1 4 3 15 –12 1
Shares: