Qış transfer dövründə "Fulhem"i "Monako"ya dəyişən bolqar qolçu Dimitar Berbatov keşidi barədə ilk dəfə danışıb. Futbolinfo.az xəbər verir ki, hücumçu FİFA-nın rəsmi saytına müsahibəsində Liqa-1-ə gəlməsində sabiq komanda yoldaşı Patris Evranın böyük rolu olduğunu bildirib:
"Evra daim "Monako"nu tərifləyirdi. Daha sonra "Monako"dan təklif aldıqda niyə də olmasın dedim. Yeni bir macəra axtarırdım. Klubun baş məşqçisi Klaudio Ranyeri də tanış idi. Daha öncə Fransada oynamamışam. Ancaq burada yaxşı futbol oynandığını bilirəm. Bura Falkaonun yerini doldurmaq üçün gəlməmişəm. Hücumda və ya hücumçunun arxasında oynaya bilərəm. Məqsədim qol vurmaq və qol vurdurmaqdı. Əsas olan komandamın qələbə qazanmasıdı".





