Futbol üzrə Azərbaycan 1-ci divizionunda 16-cı turun oyun cədvəli açıqlanıb. Futbolinfo.az xəbər verir ki, ikinci dövrənin ilk turunun oyunları 7-9 fevral tarixləri aralığında keçiriləcək.
 
Növbəti turun proqramı ilə sizi də tanış edirik:
 
1-ci divizion
16-cı tur
7 fevral (cümə)
 
“Energetik” – “Qaradağ Lökbatan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
 
8 fevral (şənbə)
 
“Lokomotiv” –“Karvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
“Şahdağ” – “Göyəzən”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
 
“Şuşa” – “Turan-T”
“Şəfa” stadionu, 4-cü meydança
 
“Kəpəz” – “Mil-Muğan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
 
9 fevral (bazar)
 
“Bakılı” – “Araz Naxçıvan”
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
 
MOİK – “Şəmkir”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
Bütün oyunlar saat 14:00-da başlayacaq.
Shares: