İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Eşli Koulun klubdan ayrılması gündəmdədi. Futbolinfo.az xəbər verir ki, ada mətbuatı onun yenidən sabiq komandası "Arsenal"a qayıda biləcəyini iddia edir.
"Arsenal"ın baş məşqçisi Arsen Venger də müdafiənin sol cinahındakı boşluğu doldurmaq üçün sabiq futbolçusunu yenidən komandasında görmək istəyir.
33 yaşlı futbolçu "Çelsi"də Sezar Aspilikuetanın kölgəsində qaldığı və baş məşqçi Joze Mourinyo ilə münasibətləri korlandığı üçün "Stemford Bric"dən ayrılmağa müsbət yanaşır.
Xatırladaq ki, Eşli Koul 2006-cı ildə "Arsenal"dan "Çelsi"yə transfer olunmuşdu.





