Hollandiya millisinin sabiq ulduzu Denis Berkamp İngiltərə Premyer Liqasına yollana bilər. Futbolinfo.az xəbər verir ki, hazırda “Ayaks”da köməkçi məşqçi vəzifəsində çalışan Berkamp “Suonsi”nin baş məşqçisi olmağa namizəddi.
 
Bu haqda İngiltərə mətbuatı xəbər yayıb. Mikael Laudrupu istefaya göndərdikdən sonra boş qalmış posta Denisdən başqa hər hansı real namizədin olmadığı bildirilir. Ancaq hollandiyalı hələ ki bu təklifə cavab verməyib.
 
Qeyd edək ki, Berkamp təklifi qəbul etsə ilk dəfə baş məşqçilik təcrübəsi yaşayacaq.
Shares: