Braziliya futbolunun məşhur siması Pele milli komandası üçün narahatdı. Futbolinfo.az xəbər verir ki, sabiq futbolçu son müsahibəsində yığmanın hücum xəttində ciddi problemlər olduğunu bildirib:
 
"Hər zaman milli komandaya güvənmişəm. Konfederasiyalar kubokunda yığmanın nəyə qadir olduğunu gördük. Çoxları onlara inanmırdılar, ancaq biz ispanlara qalib gəldik. Məni narahat edən yeganə məsələ yığmanın hücum xəttidi. Millinin müdafiə xətti çox güclüdü. Hətta ehtiyat müdafiəçilər də yüksək səviyyəli futbolçulardı. Lakin dediyim kimi hücum xəttində problemlərimiz var".
 
Qeyd edək ki, DÇ-2014-də Braziliyanın hücum xətti Neymar, Hulk və Freddən ibarətdi.
Shares: