Dünən ad günü keçirən ulduz futbolçu Kriştianu Ronaldo başqa bir ulduz Zlatan İbrahimoviçdən maraqlı təbrik alıb. Futbolinfo.az xəbər verir ki, isveçli 29 yaşını qeyd edən “Real”ın forvardına üzərində "Zlatana meydan oxu" yazılan forma hədiyyə edib və tvitter hesabında bunu yazıb:
 
"Ad günün mübarək. Sənə çox sevəcəyin bir hədiyyə yollayıram".
 
Ronaldo isə tvitterdə Zlatana təşəkkürünü bildirib: "Bu forma mənə səndən daha çox yaraşacaq".
Shares: