Madrid "Real"ının qapıçısı İker Kasilyas özünə məxsus rekordu bir qədər də gücləndirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper artıq 772 dəqiqədi ki, qapısında qol görmür.
Dünən Kral Kubokunda "Altetiko" ilə matçda qapısını toxunulmaz saxlayan ispaniyalı bununla da ardıcıl 8 oyunda meydanı qol buxarmadan tərk edib. Kasilyas sonuncu dəfə cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la görüşdə Umut Bulut tərəfindən “ovlanıb”.





