Türkiyənin “Beşiktaş” klubunda yeni transfer şoku yaşanıb. Futbolinfo.az xəbər verir ki, [tən həftə komandanın sıralarına qoşulan Jermeyn Cons zədələnib.
 
Xəbəri komandanın rəsmi saytı da təsdiqləyib. 32 yaşlı futbolçu ötən gün keçirilən məşqdə xəsarət alıb. Onun qasıq nahiyəsində ağrılar olduğu bildirilir. Tibbi müayinədən keçən ABŞ-lı yarımmüdafiəçidə yırtıq olduğu aşkarlanıb. Onun hansı müddətə zədəli olacağı barədə açıqlama verilməyib.
Shares: