Topaz Premyer Liqasının 20-ci turunda “Bakı” Zaqatalada “Simurq”la qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, qış fasiləsində Kamran Ağayev, Rəhman Hacıyev və Mindauqas Kalonasla yollarını ayıran bakılılar, yalnız I Divizion təmsilçisi “Lokomotiv”dən Tural Qürbətovu heyətinə cəlb edib.
 
Qeyd edək ki, Topaz Premyer Liqasının ikinci yarısını “Simurq”da çıxış edəcək Kalonas 7 qolla cari mövsümün ən sərrast futbolçularındandır.
 
26.11.2006  Simurq (Zaqatala) – Bakı   0:0
18.05.2007  Bakı – Simurq (Zaqatala)   3:2
07.10.2007  Bakı – Simurq (Zaqatala)   1:1
13.04.2008  Simurq (Zaqatala) – Bakı   0:0
16.11.2008  Simurq (Zaqatala) – Bakı   2:1
02.05.2009  Bakı – Simurq (Zaqatala)   1:0
12.09.2009  Bakı – Simurq (Zaqatala)   1:2
13.12.2009  Simurq (Zaqatala) – Bakı   1:2
19.09.2010  Simurq (Zaqatala) – Bakı   1:1
05.12.2010  Bakı – Simurq (Zaqatala)   0:1
14.08.2011  Bakı – Simurq (Zaqatala)   0:0
20.02.2012  Simurq (Zaqatala) – Bakı   0:2
10.08.2012  Bakı – Simurq (Zaqatala)   0:0
22.02.2013  Simurq (Zaqatala) – Bakı   0:0
30.03.2013  Simurq (Zaqatala) – Bakı   0:1
28.04.2013  Bakı – Simurq (Zaqatala)   2:1
24.08.2013  Simurq (Zaqatala) – Bakı   0:3
01.11.2013  Bakı – Simurq (Zaqatala)   3:2
 
Bu komandalar arasında keçirilən oyunlarda “Bakı”nın aşkar üstünlüyü var. 8 dəfə qələbə qazanan bakılılar, cəmi 3 dəfə rəqibinə məğlub olub. Digər 7 oyun isə heç-heçə başa çatıb. Qeyd edək ki, “Simurq”un 3 qələbəsindən yalnız biri ev oyununa təsadüf edib. Zaqatalalılar ev sahibi olduğu son 4 oyunda “Bakı”nın qapısına yol tapa bilməyiblər. “Simurq”un “Bakı” üzərində son qələbəsi isə 2010-cu ilin sonlarına təsadüf edir.
 
Turnir cədvəlində rəqibindən 5 xal irəlidə olan paytaxt klubu son turda “Rəvan”ı 5-1 hesabı ilə məğlub edib. “Simurq” isə səfər oyununda “Neftçi”yə 0-3 hesabı ilə uduzub. “Bakı”nın heyətində Ruben Qonzalez cəza səbəbindən “Simurq”la oyunu buraxacaq. “Simurq” indiyədək topladığı xalların demək olar ki, yarısını ev oyunlarında qazanıb – 12 xal, 3 qələbə, 3 heç-heçə. “Bakı” isə cari mövsümdə “Sumqayıt” və “Rəvan”dan sonra səfərdə uğursuz çıxış edən üçüncü komandadır – 9 oyunda 8 xal (2 qələbə, 2 heç-heçə). 
Shares: