İngiltərə Premyer Liqasının növbəti turunda mərkəzi qarşılaşma "Liverpul"la "Arsenal" arasında keçiriləcək. Futbolinfo.az xəbər verir ki, oyundan öncə London klubuna şad xəbər verilib.
“Topçular”ın istedadlı yarımmüdafiəçisi Cek Uilşir sıralara qayıdıb. Bir müddətdi zədəli olan futbolçu "Liverpul"la oyunda komandasına kömək edə biləcək. Bu barədə "Arsenal"ın baş məşqçisi Arsen Venger açıqlama verib. Fransız mütəxəssis eyni zamanda yüngül zədəsi olan Mikel Artetanın da "Liverpul"la oyuna tam hazır olduğunu deyib.
Qeyd edək ki, "Liverpul" – "Arsenal" oyunu fevralın 8-də baş tutacaq.





