"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqasının 20-ci turunun "Neftçi" ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oynamayacağım üçün üzülürəm. Əlbəttə, belə oyunda komandama kömək etmək istəyirdim. Amma sarı vərəq limiti imkan verməyəcək. Uşaqlara uğurlar arzulayıram. İnanıram ki, biz qalib gələcəyik. Komandamız meydana sadəcə 3 xal üçün çıxacaq".





