"Xəzər Lənkəran"ın müdafiəçisi Vanderson Skarduelli Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim üçün vacib oyun olacaq. Çünki hamımız bu oyuna çox ciddi hazırlaşırıq. Həmçinin bu oyunun azarkeşlər üçün nə qədər vacib olduğu məlumdu. Meydana ancaq 3 xal üçün çıxacağıq. "Qarabağ"la oyundakı qələbə bizim motivasiyamıza yaxşı mənada təsir edib. Futbolda heç vaxt söz vermək olmur. Bu üzdən azarkeşlərə söz vermirəm. Amma onu deyə bilərəm ki, qələbə qazanmaq üçün meydanda canımızı qoyacağıq".





