"Bakı"nın baş məşqçisi Milinko Pantiç qış fasiləsində yeni transfer edilməməsinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında yaxın günlərdə komandaya yeni hücumçu gələcəyini bildirib:
 
"Qış fasiləsində “Bakı”ya yeni oyunçuların alınmamasına gəlincə, artıq bir hücumçu ilə ilkin razılıq əldə olunub. O gələn həftə düşərgəyə təşrif buyuracaq. Ancaq rəsmi müqavilə bağlanmadan onun adını açıqlaya bilmərəm. Nəticədə qış fasiləsində komandanı tərk edən Mindauqas Kalonasın yeri dolmuş olacaq”.
Shares: