İspaniya hakimlər komitəsi La Liqanın 22-ci turunda "Atletik" – "Real" oyununu idarə edən Aysa Qamesi bir aylığa hakimlikdən uzaqlaşdırıb. Futbolinfo.az xəbər verir ki, Qames matçın gedişində qonaqların futbolçusu Kriştianu Ronaldonu Karlos Qurpeqi ilə mübahisəyə görə meydandan qovmuşdu.
 
Qarşılaşmadan sonra isə referi protokolda yazdıqlarını dəyişmiş və Ronaldonun Ander İturraspe ilə münaqişəsinə görə qırmızı vərəqə aldığını və 4-cü hakimi təhqir etdiyini qeyd etmişdi.
 
Qeyd edək ki, həmin vərəqəyə görə portuqaliyalı forvard 3 oyunluğa cəzalanıb.
Shares: