Məşhur braziliyalı hücumçu Aleşandro Pato “Korintians”dan ayrılmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, 24 yaşlı forvard burada təhlükəsizliyinin təmin olunmamasından narahatdı.
 
Ardıcıl uğursuz nəticələrdən sonra bir neçə dəfə azarkeşlərin hücumuna məruz qalan Pato tezliklə yeni formada çıxış edəcək. Onun qarşıdakı günlərdə “Sao Paolo” ilə 2015-ci ilədək müqavilə imzalayacağı gözlənilir.
 
Aleşandro ötən il “Milan”dan “Korintians”a gəlmişdi.
Shares: