Martın 19-dan 31-dək Rusiyanın Soçi şəhərində "Kuban baharı-2014" turniri keçiriləcək. Futbolinfo.az xəbər verir ki, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi turnirdə 12 komanda mübarizə aparacaq.
 
B qrupunda yer alan yığmamızın rəqibləri İsrail, Rusiya və Rumıniya komandaları olacaq. Azərbaycan yığmasının oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
20 mart
İsrail – Azərbaycan
 
22 mart
Rusiya – Azərbaycan
 
24 mart
Rumıniya – Azərbaycan
Shares: