İngiltərədə çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" və "Çelsi" klublarının baş məşqçiləri arasında söz duellosu davam etməkdədi. Futbolinfo.az xəbər verir ki, ötən həftə səfərdə MS-i məğlub etdikdən sonra "biz hələ südəmər at kimiyik, onlar isə oturmuş komandadı" deyən "Çelsi" çalışdırıcısı Joze Mourinyoya cavab olaraq Manuel Pelleqrini aşağıdakı fikirlərlə çıxış edib:
"Mourinyo əgər elə düşünürsə, ola bilər. Ancaq bu at südəmər olsa da, çox zəngindi. "Çelsi" son on ilin ən çox pul xərcləyən komandasıdı. Nə qədər güclü heyətə sahib olduqlarını bizimlə matçda da göstərdilər. Məncə mübarizə üç at arasında keçəcək".





