İspaniya millisinin baş məşqçisi Visente del Boske son vaxtlar Madrid "Real"ının heyətində uğurla çıxış edən Xese Rodriqesi yığmaya dəvət edə biləcəyini qeyd edib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı bu cür çıxış edəcəyi təqdirdə 20 yaşlı hücumçuya dəvət göndərəcəyini bildirib:
"Son vaxtlar onu izləyirəm və bəyənirəm. Yaxşı oynayan hər bir futbolçu yığmanın formasını geyməyə layiqdi. Rodriqes də belə oyunçulardan biridi. O, bu cür davam etsə, əsas komandada yer alacaq".





