Hazırda Topaz Premyer Liqasının 20-ci turunda "Qəbələ" doğma azarkeşlər önündə "Qarabağ"ı sınağa çəkir. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, ev sahibi komandanın heyətində yeni transferlər Kamran Ağayev və Marat İzmaylov da start heyətində yer alıb.
Bundan başqa Qəbələdə keçirilən matça klub prezidenti Tale Heydərov da təşrif buyurub.





