Hal-hazırda davam edən "Qəbələ" – "Qarabağ" matçı qonaqlar üçün yaxşı başlamayıb. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, Qurban Qurbanov vaxtsız oyunçu dəyişikliyinə məcbur olub.
 
Belə ki, Admir Telli top uğrunda mübarizədə zədələnərək meydanı tərk edib. Onun əvəzinə isə meydana 18 nömrəli oyunçu İlqar Qurbanov daxil olub.
Shares: