Hazırda davam edən "Qəbələ" – "Qarabağ" qarşılaşmasında qalmaqal baş verib. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, azarkeşlər arasında mübahisə yaşanıb.
Belə ki, qonşu sektorlarda əyləşən tərəfdarlar Ağdam klubunun qolundan sonra mübahisə edib. Münaqişə böyüməmiş polislər hadisəyə müdaxilə edib. Qalmaqal yaradan azarkeş polis tərəfindən meydandan uzaqlaşdırılıb.





