"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çox gərgin bir oyun keçdi. Oyun ərzində bir səhvə yol verdik, o da qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı atmosfer vardı. Meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundu "Qarabağ"a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha yaxşı oynamışıq. Rəqib komanda topa yaxşı sahib çıxır, bu cəhətdən onların problemi yoxdu. Həm də komandada yeni oyunçular vardı".
Rusiyalı çalışdırıcı yeni transfer Marat İzmaylov haqda bunları bildirib: "O, mükəmməl ötürmələr edirdi. Hansı ki, onun ötürməsindən sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı".





