Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 20-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
“Simurq” doğma meydanda “Bakı”ya qalib gələrək yenidən ikinci pilləyə yüksəlib. “Xəzər Lənkəran” isə “Neftçi”ni məğlub yola salıb.
Əvəzedicilərin çempionatı
20-ci tur
8 yanvar
Simurq – Bakı – 2:0
Qollar: Oruc Balaşlı, 55-pen., Asim Babazadə, 62.
Xəzər Lənkəran – Neftçi – 3:1
Qollar: Mirqasım Cabbarlı, 45+1, Kazım Kazımlı, 51, Elnur Cəfərov, 74 – Emin İbrahimov, 8.
|
|





