"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komandanın göstərdiyi oyun məni qane etsə də, nəticədən narazı qaldım. Qələbə qazanmaq üçün oynayırdıq. Qapımıza vurulan qollarda səhvlərimiz oldu. Buna baxmyaraq, komanda qalib gəlmək üçün əlindən gələni etdi”.





