"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“İlk növbədə qələbəyə layiq olduğumuzu qeyd edim. İlk hissədə hər hücumumuzda qol vəziyyəti yaradırdıq, lakin istifadə edə bilmirdik. Fasilədə futbolçulara dedim ki, oyundakı vəziyyət əleyhimizə dəyişə bilər, futbol belədi. Qələbə topunu vura bildik. Hər bir rəqibi ciddi qəbul etmək lazımdı. Bugünkü oyundan dərs almalıyıq”.
Shares: